“7 saylı xüsusi internat məktəbindəki hadisə ilə bağlı ciddi araşdırma aparılıb, əlavə yoxlamaların aparılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən komissiya yaradılıb”. Bunu Lent.az-ın əməkdaşı ilə söhbətində Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib. O qeyd edib ki, hazırda uşağın müəllim tərəfindən döyülməsi iddiası araşdırılır: “Artıq tibbi ekspertiza təyin edilib. Araşdırma aparıldıqdan sonra KİV nümayəndələri uşaqla görüşə biləcəklər”.
Nazirliyin sektor müdirinin sözlərinə görə, ilkin nəticə bundan ibarətdir ki, Nahid Cavadov məktəbin sanitar qovşağında yer sürüşkən olduğu üçün yıxılıb və alın nahiyəsi dəyib.
N. Cavadovun babası Lent.az-ın əməkdaşına bildirib ki, o uşağın özü ilə danışıb və nəvəsi “yootube”dəki video ilə bağlı bunları deyib: “Nəvəm dedi ki, baba, mən o videoda zarafatla o cür demişəm”.