Cəlilabadda şirniyyat sexini bağladılar
19 may 2013 22:22 (UTC +04:00)

Cəlilabadda şirniyyat sexini bağladılar

Standartlaşdırma və Patent üzrə Dövrə Komitəsinin Lənkəran regional söbəsi Cəlilabad rayonunda şirniyyat sexinin fəaliyyətini dayandırıb.

 

APA-nın cənub bürosunun məlumatına görə, şöbənin əməkdaşlarının keçirdikləri reyd zamanı rayonunun Alar kəndində Cəlal Aləddin oglu Kərimova məxsus sanitar-gigiyenik norma və tələblərə cavab verməyən  şirniyyat sexi aşkarlanıb. 

 

Sexdəki məhsulların istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Laboratoriya müayinələri zamanı sexin məhsullarının gigiyenik normalara cavab vermədiyi məlum olub.

 

Reyd zamanı antisanitar vəziyyətlə yanaşı məhsulların bir neçə gun sonrakı  istehsal tarixi ilə qablaşdırıldığı da aşkarlanıb. Nəticədə akt tərtib olunub, sexin qapısı möhürlənməklə fəaliyyəti dayandırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757
avatar

Oxşar yazılar