Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
21 iyun 2013 12:08 (UTC +04:00)

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayının II ongünlüyü üçün aparılan monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, 
iyunun II ongünlüyündə Kür çayında suyun sərfi I öngünlüyə nisbətən azalıb.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 2, mis birləşmələri 4, Ağstafaçayda fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.

Araz çayı üzrə Horadizdə fenollar 3, mis birləşmələri 2, I Şahsevəndə fenollar 2, mis birləşmələri 3, Bəhramtəpədə isə suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-dən artıq olub. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.44-6.12 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462
avatar

Oxşar yazılar