Bakıda iki qəsəbədə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu ASC”-dən Lent.az-a verilən məlumata görə, Xəzər rayonu Buzovna qəsəbəsi Təmənis yaşayış massivinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar 12 avqust 2016-cı il tarixində gün ərzində Maştağa və Buzovna qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.