Bu il məktəbli formaları neçəyə satılacaq - <span style="color:red;">QİYMƏT
24 avqust 2016 15:00 (UTC +04:00)

Bu il məktəbli formaları neçəyə satılacaq - QİYMƏT

 

Bu il iyunun 1-dən məktəbli formaları ötənilki qiymətlərlə müqayisədə 7 faiz bahalaşıb. O vaxtdan indiyədək heç bir artım qeydə alınmayıb.

 

Lent.az-ın "Report"a istinadən məlumatına görə, bunu Bakı Tikiş Evinin Satış şöbəsinin rəisi Etibar Əzimov məlumat verib.

 

O bildirib ki, sonuncu devalvasiyadan sonra məktəbli formalarının qiymətlərində cüzi fərq olub: "1-6-cı siniflər üçün olan kostyumların qiyməti 34 manatdan 37-yə, 7-11-ci sinif şagirdləri üçün olan kostyumların qiyməti isə 43 manatdan 46 manata yüksəlib. Qiymətlər 3 manat bahalaşıb".

 

Satış rəisi bildirib ki, məktəbli formalarına müəyyən tələbat olduğu üçün tikiş və satış prosesi ilboyu davam edir. Onun sözlərinə görə, bu mövsüm hələ ki, əsas satışlar başlamayıb: "Biz kifayət qədər forma hazırlamışıq. Bakı şəhərinin bütün rayonlarında, eləcə də Xırdalan və Sumqayıt şəhərlərində 14 filialımız fəaliyyət göstərir. İnsanlar 597-45-39 nömrəli "qaynar xətt"ə zəng vurmaqla məktəbli formalarının satışı ilə bağlı bizdən məlumat ala bilirlər. Bölgələrdən Göyçay, Şəki, Oğuz və Qəbələdə yerli idaretmə orqanlarının müraciəti əsasında satış təşkil etmişik. Göyçay rayonuna 1000 dəst paltar göndərmişik. Lazım olsa, yenə də göndərəcəyik".

 

Bəzən məktəbli formalarının keyfiyyəti ilə bağlı valideynlərin narazılığına gəlincə, E.Əzimov bildirb ki, Bakı Tikiş Evinin filiallarında satılan formalardan şikayət daxil olmur. Onun sözlərinə görə, şagirdlərin çəkisində dəyişiklik olmadığı halda formanı bir-iki il geyinə bilirlər: "Biz satış mərkəzlərimizdə satılan mallara zəmanət veririk. Formaların tikilməsində lazım olan bütün xammal Türkiyədən gətirilir. Parçalar həmin ölkənin "Bossa" firmasına məxsusdur. Həmin firmanın Avropa laboratoriyasından sertifikatı var. Firmanın mallarının 80 faizi Avropaya ixrac olunur. Şikayət o mallardan olar ki, bəzi adamlar Çindən kilo ilə formaları alır və bazarda satırlar. Təbii ki, həmin paltarların keyfiyyəti normalara cavab verməyəcək".  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar