Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması işlərinin aparılması ilə əlaqədar bəzi yerlərdə suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Lent.az-a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, mayın 11-də gün ərzində Mehdiabad və Digah qəsəbələrinə, həmçinin Mehdiabad qəsəbəsindəki məcburi köçkün yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.