"Quş qripi"nə görə monitorinqlər başlayır
09 oktyabr 2014 14:36 (UTC +04:00)

"Quş qripi"nə görə monitorinqlər başlayır

Oktyabrın 20-də "quş qripi" xəstəliyinə görə cari ilin növbəti monitorinqinə start veriləcək. Dövlət Baytarlıq Xidmətindən Lent.az-a verilən məlumata görə, köçəri quşların məskunlaşdığı və müəyyən edilmiş bütün ərazilərdən seçmə üsulla quşlar ovlanaraq onlardan nümunələr götürüləcək. Eləcə də ölkənin ayrı- ayrı quşçuluq və həyətyanı təsərrüfatlarında saxlanılan ev quşlarından götürülən qan və patoloji materiallar müayinə üçün laboratoriyaya təqdim ediləcək.


Bütün nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr oktyabrın31-də ictimaiyyət üçün açıqlanacaq.

Hazırda "quş qripi" xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar