Böyük Vətən müharibəsi iştirakçılarına  yardım edildi
07 may 2013 12:24 (UTC +04:00)

Böyük Vətən müharibəsi iştirakçılarına yardım edildi

Dövlət Sosial Müdafiə Fondu 1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsini təmin edib. Lent. az-ın məlumatına görə, prezident İlham Əliyevin 23 aprel 2013-cü il tarixli “1941-1945-ci illər müharibə iştirakçılarına, həlak olan və ya sonradan vəfat edən döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilən şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə" Sərəncamına əsasən, 25208 nəfərə şamil olunub ki, onlardan 2201 nəfəri bilavasitə Böyük Vətən Müharibəsi iştirakçılarıdır. Bu kateqoriyadan olan insanlara 700 manat məbləğində birdəfəlik maddi yardım  edilib ki, bunlardan 2201 nəfəri Böyük Vətən müharibəsi iştirakçısıdır.

İkinci Dünya müharibəsində Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif olunan 23 007 nəfərə isə 300 manat məbləğində birdəfəlik maddi yardım göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 878
avatar

Oxşar yazılar