Bakıda Ombudsmanların XI Bakı Beynəlxalq Konfrası keçirilir.
Lent.az-ın verdiyi məlumata görə, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşı Çingiz Əsgərov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, bu Agentliyin tərkibində “Asan xidmət” mərkəzlərinin yaradılmasının Azərbaycanda müasir dövlət qurulduğunu təsdiqlədiyini bildirib.
BMT-nin rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Antonius Bruk isə deyib ki, təmsil etdiyi təşkilat Azərbaycanda insan hüquq və azadlıqlarını hər zaman dəstəkləyir: “Gələcəkdə BMT tərəfindən dayanıqlı inkişaf məqsədləri qəbul ediləcək. Azərbaycan insan hüquqları sahəsində 50-dən çox sazişi imzalayıb, konvensiyalara qoşulub. Azərbaycanda fəaliyyət göstərən ombudsman institutunun bu sahədə mühüm rolu var. BMT Quba və Şəkidə regional ombudsman təsisatının yaradılmasını dəstəkləyir”.