Birləşmiş Ərəb Əmirliyinin Dubay Əmirliyi ölkədə vətəndaşlar arasında piylənmənin artmasına qarşı mübarizə aparmağın maraqlı üsulunu tapıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, 30 gündə bir kilo arıqlayana bir qram qızıl mükafat hədiyyə ediləcək.
İyulun 19-da Dubayda «Ağırlığında qızıl» adlı aksiya başlayıb. Dubay hakimiyyəti hər kilo çəki vermiş vətəndaşına bir qram qızıl verəcəyini boyun olub.
Kampaniyanın məsulu Hüseyn Lutah iyulun 19-dan istəyənlərin yarışmaya qatıla biləcəyini söyləyib.
Yarışda iştirak üçün çəkinin normadan çox olması və bundan əziyyət çəkilməsi əsas şərtlərdəndir.
Kampaniyanın məqsədi Birləşmiş Ərəb Əmirliyində sağlam həyat tərzini təbliğ etməkdir.