Balanslaşdırılmış siyasət konsepsiyası
11 noyabr 2013 14:38 (UTC +04:00)

Balanslaşdırılmış siyasət konsepsiyası

Azərbaycanın yerləşdiyi Qafqaz regionu geostrateji mövqe baxımından yeni dünya nizamında mühüm əhəmiyyət kəsb edir. Bu hal yeni nizam içərisində böyük güclər arasında tarazlığı formalaşdırmaq baxımından,  həm də neft ehtiyatlarına sahib olması səbəbiylə iqtisadi baxımdan yanaşdıqda açıqca görülür. Bu şərtlər daxilində düzgün bir xarici siyasətin həyata keçirilməsi Azərbaycanın nüfuzu baxımından çox önəmlidir. Azərbaycanın bugünki inkişafı, milli strategiyası, dövlət quruculuğu sübut edir ki, xarici seçim yolu – balanslaşdırılmış siyasət praqmatik gələcəyin mövcudluğunu təsdiqləyən amildir. Xarici siyasətdə hissiyyatlar arxa plana keçməli, hissiyyatlar üzərində qurulmuş siyasət qarşılıqlı faydalı iqtisadi və strateji əməkdaşlıq münasibətləri çərçivəsində davam etdirilməlidir. Hansı ki dövlətin həyati vacib maraqlarının təmin olunmasına xidmət edəcək, eyni zamanda xarici əməkdaşlığının da inkişafına imkan yaradacaq seçim müasir dünya düzənində layiqli tərəfdaşlığın yeganə amalıdır. Mühüm strateji oriyentirləri dəqiq hədəfə almaqla adekvat qərarlar qəbul etməyə üstünlük verən Azərbaycanın strateji konsepsiyası həm yaxın xarici ölkələrin iştirakı ilə formalaşan regional çağırışları, həm də uzaq xarici dövlətlərlə qarşılıqlı əlaqələr müstəvisində formalaşan qlobal çağırışları təhlil edərək dəqiq taktiki gedişlər sayəsində böyük dövlətləri və güc mərkəzlərini Azərbaycanla hesablaşmağa sövq etdi. Azərbaycan Qərb və Şərqlə, region ölkələri, o cümlədən Rusiya, Türkiyə və İranla əlaqələri milli maraqlar üzərində qurulmuş konsepsiya əsasında sistemli xarici siyasət kursu səviyyəsinə qaldırmışdır. Təbii sərvətlər və neft amili özünəməxsus siyasi həssaslıqla dövlətçilik maraqlarının reallaşdırılmasında mühüm təsir vasitəsinə çevrilmişdir.  Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-qars dəmir yolu regionun və bütövlükdə dünyanın tərəqqisinə, sülh, əmin-amanlıq, sabitlik kimi təməl prinsiplərə xidmət edir.

Balanslı xarici siyasət konsepsiyasının uzaqgörənliyi ondan ibarətdir ki, bu konsepsiya bu gün də Azərbaycan dövləti qarşısında duran problemləri həll etməyə qadir olan yeganə konsepsiyadır. Təsadüfi deyildir ki, Azərbaycan müxtəlif güc mərkəzləri arasında rəqabət meydanı deyil, əməkdaşlıq meydanı kimi xarakterizə olunur. Mövcud geosiyasi vəziyyətin təhlili göstərir ki, respublikamızın xarici siyasəti vəzifələrini reallaşdırmaq, o cümlədən Dağlıq Qarabağ problemini həll etmək üçün yeganə mümkün yol tarazlı xarici siyasət yoludur. Balanslanşdırılmış xarici siyasət konsepsiyası milli maraqların təmininə, eyni zamanda beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edəcək bir yoldur. Bu baxımdan konsepsiyanın üstünlük, yenilik və öhdəliklərini belə bir formula ilə ifadə etmək mümkündür:

Balanslaşdırılmış siyasət = həyati vacib maraqların təmini -  etibarlı tərəfdaşlıq – arzuolunan əməkdaşlıq meydanı – dünyəvi nüfuz.

 

 

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1525
avatar

Oxşar yazılar