Berti Foqts “Teonun Mavi Ürəyi” nişanı aldı
20 sentyabr 2013 11:55 (UTC +04:00)

Berti Foqts “Teonun Mavi Ürəyi” nişanı aldı

Yığmamızın baş məşqçisi Dünya Uşaq Komitəsi təsis edib

 

 

Hər il sentyabrın 20-də Almaniyada Beynəlxalq Uşaq bayramı qeyd edilir.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu münasibətlə Berlində fəaliyyət göstərən “Ürəkdən Ürəyə Körpü” Cəmiyyəti paytaxtın mərkəzi parklarından birində bayram tədbiri təşkil edib.

 

“Dünya Uşaq Meydanı” adıyla keçirilən tədbirin məqsədi Almaniyada yaşayan xalqlar və millətlərdən olan uşaqların bir araya gətirilməsi və onların arasında ünsiyyətin yaradılmasıdır. Cəmiyyət gələcəkdə Dünya Uşaq Meydanının uşaqların mütəmadi görüşdüyü mərkəzə çevrilməsini, burada müxtəlif  xalqlara məxsus uşaq nağıllarının qəhrəmanlarının heykəlinin qoyulmasını  və oyun avadanlıqlarının yerləşdirilməsini planlaşdırır. Hər il sentyabrın 20-də “Ürəkdən Ürəyə Körpü” Cəmiyyəti uşaqların maddi və mənəvi rifahının daha da yaxşılaşdırılmasında xüsusi  xidmətlər göstərmiş  ictimai xadimləri “Teonun mavi ürəyi” adlı mükafatla təltif edir. Cəmiyyət tərəfindən hazırlanmış və uşaqların sevimli qəhrəmanı Teonun səkli əks olunan “Teonun Mavi Ürəyi” nişanı  bu il futbol üzrə Azərbaycan yığma komandasının məşqçisi, Azərbaycandakı “SOS” Uşaq Kəndini xüsusi diqqətdə saxlayan və  yardım göstərən Berti Foqtsa təqdim olunub. Daha sonra təntənəli tədbirdə Berti Foqtsun hamiliyi ilə yeni qurum -  Dünya Uşaq Komitəsi təsis edilib. Komitənin təsis olunmasında Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) fəal iştirak edərək quruma üzv olub. Komitənin idarə heyətinin üzvləri sırasında isə Azərbaycanı Berlin Höte İbtidai Məktəbinin 3-cü sinif şagirdi səkkiz yaşlı Dilarə Quluzadə təmsil edəcək. Berti Foqts Azərbaycan nümayəndəsini xüsusi səmimiyyətlə qarşılayaraq onu Dünya Uşaq Komitəsinin idarə heyətinə seçilməyi münasibətilə təbrik edib.

 

Təntənəli mərasimdə AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova da iştirakçıları təbrik edib. “Ürəkdən Ürəyə Körpü” Cəmiyyətinin rəhbəri Silviya Haniş isə öz növbəsində AAKM-ə təşəkkürünü bildirib və gələcəkdə bu layihənin Azərbaycan adı altında keçirilməsini təklif edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 879
avatar

Oxşar yazılar