Batumidə Novruz bayramı
15 mart 2016 17:30 (UTC +04:00)

Batumidə Novruz bayramı

Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə martın 15-də Azərbaycan, rus və gürcü şagirdlərinin təhsil aldığı Batumi şəhər “21-ci  əsr” gimnaziyasında Novruz bayramına həsr edilmiş tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə “21-ci  əsr” gimnaziyasının müəllim kollektivi, Acarıstan Muxtar Respublikasının ictimai və siyasi dairələrin nümayəndələri, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin sədri Vidadi Axundov, KİV nümayəndələri iştirak edib.

 

Azərbaycan Dövlət himni səsləndiriləndən sonra baş konsul Rəşad İsmayılov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin mahiyyətindən danışıb. Bildirib ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının ən qədim dövrlərdən daşıyıb gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.

 

Tədbirdə şagirdlər Novruzla bağlı müxtəlif səhnəciklər göstərib, mahnılar, rəqslər ifa edib, bahara, Novruz bayramına həsr olunan şeirlər söyləyiblər. Milli geyimdə olan istedadlı Azərbaycan və gürcü şagirdləri tərəfindən  Azərbaycan tarixi haqqında qonaqlara  məlumat verilib. 

Tədbirin sonu, Azərbaycan milli yeməklərindən ibarət ziyafətlə yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 155
avatar

Oxşar yazılar