Tanınmış jurnalist Iradə Nurəddinqızı Sipark İnşaat tikinti şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.
Lent.az-a xəbəri təsdiqləyən İ.Nurəddinqızı mart ayının 1-dən artıq yeni işində çalışdığını bildirib.
Qeyd edək ki, İ.Nurəddinqızı bir çox qəzet, jurnal və saytlarda müxbir, redaktor vəzifələrində çalışıb. Uzun müddət Simsar.az saytı və Simsar jurnalının baş redaktoru, bir neçə layihənin müəllifi və aparıcısı olub.