Baş həkim: “Xəstənin bütün bədənində yaralar var, onun vəziyyəti ağır-stabildir”
24 iyun 2013 11:45 (UTC +04:00)

Baş həkim: “Xəstənin bütün bədənində yaralar var, onun vəziyyəti ağır-stabildir”

Şamaxıda ayının hücumuna məruz qalan iki nəfərdən yalnız biri Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib. Bunu Lent.az-a açıqlamasında KTM-in baş həkimi Tərlan Bəbirov bildirib. Onun sözlərinə görə, həmin xəstə 1964-cü il təvəllüdlü Allahverdiyev Sahib Yengivar oğludur: “Həmin xəstə cırılmış və əzilmiş yaralarla bura gətirilib. Yaralar xəstənin bütün bədənində var. Hazırda onun vəziyyəti ağır-stabildir”.

Qeyd edək ki, Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahı Solmaz Məmmədzadə Lent.az-a açıqlamasında bildirmişdi ki, hər iki xəstə dünən axşam saatlarında Bakıya aparılıb və Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1368

Oxşar yazılar