Bakının ən böyük parkının açılışı oldu
10 may 2013 15:07 (UTC +04:00)

Bakının ən böyük parkının açılışı oldu

Mayın 10-da Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa edilən yeraltı avtomobil dayanacağının üzərində salınmış istirahət-park kompleksinin açılışı olub. Lent.az-ın məlumatına görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak ediblər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısının diqqətinə çatdırıb  ki, yeni salınan bu kompleks şəhərin içərisində ən böyük parkdır. Bildirilib ki, 7 hektar ərazisi olan parkın 29 min kvadratmetrlik sahəsinə qranit plitə döşənib. Park kompleksinin 6 min kvadratmetrlik sahəsinə asfalt örtük salınıb. Kompleksin 35 min kvadratmetrlik ərazisi yaşıllaşdırılıb.
Bildirilib ki, parkda ən müasir tələblərə cavab verən 5 fəvvarə inşa olunub.
Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2798
avatar

Oxşar yazılar