İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Lökbatan dairəsindən Bakı şəhəri Səbail rayonu 20-ci sahə yaşayış massivi istiqamətində uzun müddətdir istismarda olan 500 mm diametrli magistral su xəttinin 640 metrlik hissəsi yenilənib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən Lent.az-a verilən məlumata görə, magistral xətdə şəbəkəyə qoşulma işlərinin aparılması ilə əlaqədar bu gün Bakı şəhəri Səbail rayonunun Bibiheybət və Bayıl qəsəbələrinin bir hissəsinə, eyni zamanda Salyan şossesi boyunca Lökbatan dairəsinədək olan ərazilərə içməli su gün ərzində fasilələrlə veriləcək.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.