Bakıdan 250 yeniyetməni hərbi düşərgəyə apardılar
05 avqust 2014 12:21 (UTC +04:00)

Bakıdan 250 yeniyetməni hərbi düşərgəyə apardılar

Qarabağ müharibəsi əlilləri və veteranlarının, şəhid ailələrinin və kimsəsiz uşaqları Qubaya istirahətə göndərilib. Lent.az-ın məlumatına görə, yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkil olunması üçün Səbail rayon İcra Hakimiyyəti tərəfindən düşərgə təşkil olunub.

 

 

Sahil bağında yeniyetmələrin yola salınması tədbiri baş tutub. Tədbir Daxili Qoşunların hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin  ifası ilə başlanıb. Səbail rayon rəhbərliyi, DİN Daxili Qoşunlar Komandanlığının, düşərgəyə yollanan yeniyetmələrin, onların valideynlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə «Sahil bağı»nda təşkil olunan yolasalma mərasimində çıxış edən Səbail rayon İH-nin Başçısı Asif Əsgərov çıxış edib.

 

Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınıb, Daxili Qoşunların Quba şəhərindəki «N» saylı hərbi hissəsi tərəfindən düşərgənin həyətində hərbi-səhra çadırları, səhra yeməkxanası qurulub. Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət dövründə onlar üçün bir neçə dəfə  təbiət qoynunda nahar təşkil olunacaq. Bu il də düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri məşğul olacaqlar. Onlarla yanaşı Daxili Qoşunların zabitləri, çavuş  və  əsgərlərindən ibarət qrup düşərgəyə  təhkim olunmuş, burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər.  Daxili Qoşunların orkestrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb avtobuslara əyləşmiş və Qubaya yola düşmüşlər.

 

 

Qeyd edək ki, Səbail rayon İH-nin təşəbbüsü, DİN Daxili Qoşunlar Komandanlığı və Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin birgə layihəsi əsasında ənənəvi təşkil olunan rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, həmçinin «SOS-Azərbaycan» uşaq kəndində tərbiyə alan, ümumilikdə 250-dən çox nəfər yeniyetmə üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Quba filialının bazasında yaradılmış hərbi-vətənpərvərlik təmayüllü, artıq 9-cu dəfə keçirilən «Şahinlər» yay istirahət düşərgəsinə yola salınma mərasimi keçirilib.

 

Yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində növbəti belə tədbir avqust ayının 18-dən Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə  Qusar rayonunda da təşkil olunacaq.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5521
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar