Bakıda yolların yuyulmasında, yol-hərəkət nişanlarının təmizlənməsində yeni texnikalardan istifadə edilir. Lent.az-ın məlumatına görə, “Azəryolservis” ASC-nin idarələrinin balansında olan yeni “Ford” və “KamAZ” markalı maşınlarla bütün yol-nəqliyyat qurğularını yumaq mümkündür.
10 ton sugötürmə qabiliyyətinə malik bu maşınlarda mayeyə yuyucu toz və digər xüsusi maddələr qarışdırılır. Əvvəlcə tozlu-çirkli yerlərə həmin su səpilir. Daha sonra isə yüksək təzyiqli su ilə yuma prosesi həyata keçirilir. Bu yolla həm körpüləri, həm əyrixətli tirləri, yol nişanlarını, xətləri, qoruyucu maneələri asanlıqla təmizləmək mümkündür.