Bakıda qızın hər iki döşünü kəsdilər <span style="color:red;">- iş məhkəmədədir
10 mart 2015 18:22 (UTC +04:00)

Bakıda qızın hər iki döşünü kəsdilər - iş məhkəmədədir

Ölkədə fəaliyyət göstərən İstanbul Estetik Klinikasında türk həkim Zubeir Orter tərəfindən edilmiş uğursuz plastik əməliyyat nəticəsində hər iki süd vəzi kəsilən 27 yaşlı gənc xanımın N.B. (adı şərtidir) iddiası üzrə Nərimanov rayon Məhkəməsində hazırlıq iclası keçirilib.  Lent.az-ın movqe.az-a istinadən məlumatına görə, bu barədə zərərçəkmişin vəkili, tanınmış hüquqşünas Zülfiyyə Bayramova deyib. Z. Bayramova bildirib ki, xaricdən gələn türk həkimin səhv əməliyyatı üzündən öz gələcək övladına süd verməkdən məhrum olan xanıma dəymiş zərəri ödəməkdən imtina edilir: "Qanunla bütün məsuliyyət həmin həkimi ölkəmizə gətirən klinikanın üzərinə düşür. Bu klinika həmin həkimi öz tibb müəssisəsinə dəvət etməklə bütün məsuliyyəti üzərinə götürüb. Amma indi xəstəyə dəymiş ziyanı ödəmək istəmir. Baxmayaraq ki, bu uğursuz əməliyyat nəticəsində gənc qızın taleyi məhv olub. Qanunla həmin həkim də baş verən hadisə üzrə cavabdeh şəxs sayılır. Biz hadisə baş verən ərazi üzrə Nərimanov Rayon Məhkəməsində  iddia qaldırmışıq. Biz ekspertiza tələb etmişik ki, xanıma dəymiş zərər ödənilməklə yanaşı, onun səhhətində yaranmış problemin  aradan qaldırılması üçün də maddi təzminat ödənilsin. Bunun üçün lazım olan məbləğ ekspert tərəfindən müəyyən olunacaq. Hansı əməliyyatların aparılması ekspert tərəfindən müəyyənləşdiriləcək. İkinci məhkəmə aprelin 6-da keçiriləcək. Biz xəstəyə dəymiş maddi ziyanın ödənilməsini tələb edirik. Bu qız toyuna hazırlaşan ərəfədə həkimin səhvi üzündən bu cür vəziyyətə düşüb. Gələcəkdə onun hər iki döşünün kəsilməsi nəticəsində hansısa onkoloji xəstələliklə üz-üzə qalıb-qalmayacağı da hələ məlum deyil".

 

Qeyd edək ki, ölkədəki özəl klinikaların birində süd vəzisinin ölçüsünü kiçildən gənc qız türk həkim Zubeir Orter tərəfindən edilmiş uğursuz əməliyyatın qurbanı olub. Toyuna bir neçə həftə qalmış bu əməliyyatı etdirən xanım sarğını açdıqdan sonra dəhşətli faktla qarşılaşıb. Xanımın süd vəzinin ölçüsü nəinki kiçilib, daha dəhşətli görkəm alaraq süd gilələrindən irin gəlib. 27 yaşlı xanım Milli.az-a açıqlamasında deyib ki, əməliyyat üçün bu klinikaya 3 min manat ödəyib: "Qardaşım baş həkim Azər Nəsirovla danışdı, o da səhvi gördüyünü bildirdi. Üzr istədi və onlara ikinci şans verməyimizi xahiş etdi. Qarşıda toy olacağını nəzərə alıb razılaşdıq. İyulun 12-də təkrar əməliyyat olundum və ikinci əməliyyatı Əbdüləli həkim etdi. Narkozdan ayılanda sağ süd vəzimə implant yerləşdirdiyini bildirdi. Bu implantın müvəqqəti olduğunu söylədi. 6 aydan sonra təkrar əməliyyata ehtiyac olduğunu dedi. Buna görə də toyum ikinci dəfə təxirə salındı. İkinci əməliyyatın təmənnasız olacağını demişdilər, lakin əməliyyatdan sonra 550 manat tələb etdilər. Xəstəxanaya etdiyim ödənişlərlə bağlı mənə heç bir qəbz də vermədilər. Bununla bağlı Vergilər Nazirliyinə etdiyim müraciət əsasında həmin klinika cərimələndi”.

 

Əməliyyatdan sonrakı uğursuzluq N. B.-ni intihar həddinə də çatdırıb. O bildirib ki, həkim əməliyyatdan əvvəl süd verə biləcəyimi söyləmişdi, ancaq sonradan onlar bundan məhrum etdilər: "Gələcək övladlarıma süd verə bilməyəcəyəm. Məcburi köçkünəm. Ermənilərdən qaçdıq, ancaq öz vətənimdə bəzi işbazlar mənim bu hala gəlməyimə göz yumdular. Tələb etdiyim pul nə sağlamlığımı, nə də itən zamanlarımı qaytaracaq, sadəcə hər kəsə dərs olmasını istəyirəm. Klinika isə mənim süd vəzi əməliyyatının uğursuz olması ilə razılaşmır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 203
avatar

Oxşar yazılar