“Ölüm göstəricilərinə görə ürək-damar xəstəlikləri birinci yeri tutur" - <span style="color:red;">Kamran Musayev
08 iyun 2019 13:37 (UTC +04:00)

“Ölüm göstəricilərinə görə ürək-damar xəstəlikləri birinci yeri tutur" - Kamran Musayev

"Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Ürək Günləri"  IV Beynəlxalq Konqresi öz fəaliyyətinə dünəndən kurslarla başlayıb.  Konqres sabah başa çatacaq" .

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin prezidenti Kamran Musayev bildirib.

K. Musayev deyib ki, Konqresdə dünyanın 15 ölkəsindən 50-yə yaxın tanınmış  xarici mütəxəssis iştirak edir.  Bu mütəxəssislər 13 müxtəlif sessiyada elmi-praktik təcrübələrini bölüşürlər.

K. Musayev qeyd edib ki, Azərbaycanda ürək xəstəliklərinin epidemiologiyası, rastgəlmə tezliyi üzrə göstəricilər dünyadakı nəticələrlə demək olar ki, eynidir".

Onun sözlərinə görə, ürək xəstəlikləri bütün dünyada ölümə səbəb olan xəstəliklər arasında ilk yeri tutur: "Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara baxdıqda görmək olar ki, Azərbaycanda da eyni tendensiyalar müşahidə olunur. Təəssüf ki, Azərbaycanda da ölümə səbəb olan xəstəliklər arasında ürək-damar xəstəlikləri birinci yeri tutur. Kardiologiya sahəsində bu qədər böyük inkişafın baş verməsinə baxmayaraq, bu gün belə nəticələr var".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 759
avatar

Aygün İbrahimli

Oxşar yazılar