Bakıda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən Mərdəkan yol qovşağından Zuğulba-İqamətgah dairəsinə qədər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə edilir.