Bakıda mənşəyi məlum olmayan məktəbli formaları – SOS
02 avqust 2013 13:55 (UTC +04:00)

Bakıda mənşəyi məlum olmayan məktəbli formaları – SOS

 

 

Bakı şəhərində şaxta məktəbli forması satılan mağaza aşkarlanıb. Lent.az-ın məlumatına görə, Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsi yanında Dövlət Nəzarəti Xidməti Rüstəm Rüstəmov 44-də “BTE” adıyla fəaliyyət göstərən satış mağazasında dövlət nəzarəti tədbiri həyata keçirilib. Komitənin mətbuat xidmətinin rəisi Fazil Talıblının sözlərinə görə, reyd komitənin “qaynar xətt”inə gələn çoxsaylı müraciətlər əsasında təşkil olunub: “Müraciətlərdə bu mağazada “BTE” əmtəə nişanlı saxta məhsulların satıldığı qeyd olunub. Aparılan araşdırmalar zamanı bu iddialar öz təsdiqini tapıb. Məlum olub ki, Bakı Tikiş Evinin əmtəə nişanı mənimsənilərək keyfiyyətsiz, təhlükəli məktəbli formaları satılır. Həqiqətən burada Çində istehsal olunan, mənşəyi məlum olmayan və qeyri-qanuni idxal olunan məktəbli formalarının satışı aparılır. Paltarın tikişində və istehsalında xeyli problemlər var. Tərəfimizdən nümunələr götürüləcək, laborator sınaqların nəticəsi barədə məlumat ictimaiyyətə bildiriləcək. Faktlar tərəfimizdən rəsmiləşdirilib və aktlaşdırılıb. Bu gündən etibarən müəssisənin fəaliyyəti dayandırılacaq, idxal müəssisəsi müəyyənləşdiriləcək. Müəssisə sahibi fiziki şəxsdirsə, 1500-2000 manat, hüquqi şəxsdirsə, 4000-5000 manat cərimələnəcək. BTE-nin səlahiyyəti var ki, öz qanuni əmtəə nişanı qorumaq, haqsız rəqabətin qarşısını almaq üçün məhkəmə orqanına müraciət etsin. Və biz də bu işdə istehsalçı firmanın tərəfindən çıxış edəcəyik”.

 

 

Reyddə iştirak edən BTE-nin nəzarət şöbəsinin rəisi Əli Məmmədov isə deyib ki, mağazanın qarşısında BTE-nin reklam lövhəsi vurulub, mağazadakı bütün məhsullar, o cümlədən düymələr, trikotaj, etiket, qablaşdırılma BTE-yə məxsus olmadığı halda onlara BTE-nin əmtəə nişanı vurulub: “Bunlar sadəcə bizim malları götürüb onun tam əks  keyfiyyətində mallar istehsal ediblər. Əgər bu mallar keyfiyyətə cavab verirsə, o zaman niyə öz firmalarının adını yazmırlar? Ötən illərdə əgər alıcı saxta geyimləri astar, etiket və düymələrə görə seçə bilirdisə, bu il onların işi daha da çətinləşib. Lakin alıcı diqqətli olarsa, saxta malla əsl malı seçə bilər. Bu geyimlərin parçası, rəngi, tikişi çox keyfiyyətsizdir”.

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1630
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar