Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, şimal küləyinin güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, havanın temperaturu gecə 22-25, gündüz 26-31 dərəcə isti olacaq.
Bölgələrdə havanın əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37 dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.