Bakıda ən böyük paxlava kəsildi
16 mart 2016 10:23 (UTC +04:00)

Bakıda ən böyük paxlava kəsildi

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən  Səbail rayonun sürətlə  inkişaf edən Badamdar qəsəbəsində həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Tofiq Məmmədov, Göyüş Qarayev və Seymur Məmmədov küçələrinin arasında yerləşən 2000 nəfərə yaxın sakinin yaşadığı 6 çoxmənzilli yaşayış binalacının  əhatə etdiyi məhəllədə  əsaslı təmir işləri başa çatıb. Lent.az-ın məlumatına görə, məhəllədə yaşayanların RİH-nə müraciəti nəzərə alınaraq həyətdə binaların fasadı təmir olunaraq üzlənib, eyvanlar yenidən qurulub, binanın blok qapıları dəyişdirilib, binaların giriş hissəsi təmir olunmuş, pilləkənlər yenidən qurularaq bura aqlay döşənib. Məhəllənin səkilərinə  yeni  bordyur daşları düzülüb, sakinlərin istirahəti üçün geniş söhbətgah quraşdırılıb, həyət boyunca yeni oturacaqlar qoyulub. Məhəllədə əsaslı təmizlik işləri aparılmış, zəbt olunaraq hasarlanmış bağ sahələri, qanunsuz qaraj və digər tikililər sökülüb, burada işıqlandırma məsələləri həll olunub, məhəllə və ətraf ərazilərə yeni asfatl örtüyü çəkilib.

Uşaqlar üçün bir neçə əyləncə qurğuları quraşdırılıb, süni örtüklü mini stadion tikilib, müxtəlif idman qurğuları və böyük şahmat lövhəsi quraşdırılıb. Məhəllədə təmir işlərinin başa çatdırılması ilə əlaqədar burada rayon rəhbərliyi, təsərrüfat xidmətləri, qəsəbə ağsaqqalları, ictimaiyyəti nümayəndələri və məhəllə sakinlərinin görüşü keçirilib. Səbail Rayon İcarı Hakimiyyətinin başçısı Eldar Əzizov və tədbirdə iştirak edən digər rəsmi şəxsilər həyətdə yaradılan şəraitlə tanış olub. Həyətə toplaşan sakinləri və qonaqları ilaxır çərşənbə və Novruz bayramı münasibəti ilə təbrik edən Eldar Əzizov bildirib ki, prezident İlham Əliyev tərəfindən  Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində müdrik siyasət həyata keçirilir və bu siyasət Səbail rayonunda da uğurla davam etdirilir.

Rayon rəhbərliyi və rayonun hüquq-mühafizə orqanlarının, təsərrüfat xidmətlərinin rəhbərləri sakinlərin istək və arzularını dinləyib, onların həlli ilə bağlı müvafiq tapşırıqlar verilib. Məhəllədə keçirilən şənlikdə Badamdar qəsəbəsində fəaliyyət göstərən «Konferon» MMC tərəfindən xüsusi olaraq təqdim olunub. Badamdarda ən böyük paxlava kəsilərək sakinlərə və qonaqlara paylanıb. Sakinlər və qonaqlar onlar üçün hazırlanmış çay süfrəsi ətrafına toplaşıb. Məhəllədəki şənlik gün ərzində davam edib, bayram tonqalı yandırılıb, incəsənət xadimləri və Badamdar Mədəniyyət evinin özfəaliyyət kollektivi, kosa, keçəl və Bahar qızı, qəsəbə orta məktəblərinin şagirdləri və uşaq bağçalarında tərbiyə alan uşaqlar milli rəqsləri və mahnıları  ilə şənliyi daha rəngarəng edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 320
avatar

Oxşar yazılar