Sakinlərin xahiş və müraciətləri nəzərə alınaraq, Avropa Oyunları ilə əlaqədar xətti qısaldılmış 165 saylı marşrut avtobusunun əvvəlki hərəkət istiqaməti bərpa olunub. Lent.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumatına görə, bu gündən etibarən 165 saylı marşrut avtobusu Binəqədi ərazisindən Şərifzadə küçəsinə kimi hərəkət edir.
Qeyd edək ki, daha əvvəl 88 saylı marşrut xətti əvvəlki istiqamətinə qaytarılıb.