Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilir. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, plenar iclasdan əvvəl iştirakçılar Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
İki gün davam edəcək iclasda tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirəcək və 2018-ci il üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.
Tədbirin sonunda iclasın yekunlarına dair protokol imzalanacaq.