Bakıda “Enerji səmərəliliyi ilə bağlı biliklərin ötürülməsi” proqramı çərçivəsində seminar keçiriləcək
17 may 2013 18:15 (UTC +04:00)

Bakıda “Enerji səmərəliliyi ilə bağlı biliklərin ötürülməsi” proqramı çərçivəsində seminar keçiriləcək

Bakıda 18-21 iyun tarixlərində Azərbaycanın siyasət və biznes sahələrində qərarverici şəxslər Almaniyanın Renewables Academy (RENAC) şirkətinin “Enerji səmərəliliyi ilə bağlı biliklərin ötürülməsi (TrEff)” proqramı çərçivəsində ikinci seminarında iştirak edəcəklər. RENAC-dan verilən məlumata görə, seminar yaşayış binalarında enerji səmərəliliyi mövzusuna həsr olunub. Ölkədə yaşayış binaları sektorunda enerji standartlarını təkmilləşdirmək üçün böyük zərurətin olduğu bildirilir və enerji səmərəliliyi tədbirlərinin tətbiq edilməsi enerji xərclərini azaltmaq, enerji fəaliyyətini və keyfiyyətini artırmaqla yanaşı, eyni zamanda mövcud və yeni binaların rahatlığını da yüksəldə bilər.

 

İyunda keçiriləcək seminarın əsas məqsədlərindən biri tikinti mühitində enerji səmərəliliyi tədbirlərini həyata keçirmək üçün digər Avropa ölkələrinin təcrübələrinin və biliklərinin təqdimatı olacaq. Şərqi Avropada Mənzil Sektoru Təşəbbüsünün (ŞAMST-IWO) təcrübəli mütəxəssisləri iştirakçılara təqdim etmək üçün digər Şərqi Avropa ölkələrindən fərqli təcrübələri öyrənmişlərdir. “Çarxı yenidən kəşf etmək hər zaman lazım olmaya bilər. Qonşu ölkələrdən öyrənilən təcrübələrin istifadəsi ümumi prosesi sürətləndirə və səhvlərdən qaçmağa imkan verə bilər”, deyə RENAC-da TrEff layihəsinin meneceri, xanım Uta Zerinqer bildirib. O qeyd edib ki, sözügedən seminarın mühüm məsələlərindən biri də enerji səmərəliliyi tədbirlərini tətbiq edərkən layihə menecmenti olacaqdır. Sənaye və kommersiya sahəsində enerji səmərəliliyi mövzusunda fevral ayında keçirilmiş birinci seminarda enerji sahəsində aidiyyatı qurumlardan, o cümlədən nazirliklər və şirkətlərdən 25 nəfər iştirak edib, və seminar müsbət qarşılanıb.

 

Seminar RENAC-ın Xaricdə Alman-Azərbaycan Ticarət Palatası (AHK), Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin İnvestisiya və Sənaye Obyektlərinin Yenidənqurulması Şöbəsi və Azərbaycan Diplomatik Akademiyası (ADA) ilə birgə əməkdaşlığı əsasında təşkil olunacaq. “Enerji səmərəliliyi – Alman istehsalı” adı altında icra olunan layihə enerji səmərəliliyinin İxracı Təşəbbüsünün bir hissəsi olmaqla, Almaniyanın Federal İqtisadiyyat və Texnologiya Nazirliyi (BMWi) tərəfindən həyata keçirilir. TrEff layihəsi, TREE (Bərpa Oluna Bilən Enerji və Enerji Səmərəliliyin Ötürülməsi) layihəsinin əsasında yaranıb. TREE 2008-ci ildə RENAC-ın təlim proqramlarından biri kimi yaradılıb və bərpa olunan enerji sahəsinə yönəlib. Bu günə qədər 51 ölkənin siyasətçiləri və biznes adamları üçün bu sahədə təlimlər verilmişdir. Azərbaycan, Qazaxıstan və Ukrayna ilə yanaşı 2011-ci ildən RENAC-ın partnyorudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 343
avatar

Oxşar yazılar