Bakıda 719 nəfər pulsuz check-up müayinələrdən keçib
11 may 2017 13:39 (UTC +04:00)

Bakıda 719 nəfər pulsuz check-up müayinələrdən keçib

0

 

 

Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında vətəndaşların pulsuz check-up müayinələri təşkil olunub.

 

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunan müayinələrə ümumilikdə 719 nəfər müraciət edib. Bunlardan 135 nəfər kardioloq, 117 nəfər nervopatoloq, 128-i terapevt, 78 nəfər oftalmoloq müayinəsindən keçib. Digərləri Mərkəzin endokrinoloq, LOR, uroloq, ginekoloq, revmatoloq, travmotooq-ortoped, infeksionist, allerqoloq müayinəsində olub. Müayinələr zamanı 393 nəfər USM, EKQ, EXO, Rentgen, EEQ müayinələrindən keçib. Bir nəfər isə stasionara yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar