Bakıda 61 ət mağazası cərimələndi
18 iyul 2013 14:32 (UTC +04:00)

Bakıda 61 ət mağazası cərimələndi

“Bakı şəhərində 3-4 yerdə ət kəsimin aparılması üçün rəsmi qaydada icazə verilib”. Lent.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin idarə rəisi Ziyəddin Kazımov “Ölkədə mövcud sanitar vəziyyəti və görüldüyü tədbirlər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib ki, hazırda paytaxtın küçə və meydançalarında, ayrı-ayrı inzibati ərazilərində kəsim işləri aparılır. O qeyd edib ki, bəzən insanlar müsəlmançılığa əsasən, gözləri qarşısında açıq şəkildə kəsilən heyvanların ətini yediklərini bəhanə edirlər: “Əfsuslar olsun ki, belə olmamalıdır. Hər bir kəsimə gətirilən heyvan müvafiq nəzarətedici orqanların müayinəsindən keçməlidir. Sonra ayrıca kəsim sahələrində bu kəsim aparıldıqdan sonra ət satışla məşğul olan mağaza və ya dükanlara gətirilə bilər. Ötən il mərkəz tərəfindən aparılmış monitorinqlər nəticəsində 61 ət satışı mağazası qanunsuz kəsim apardığına və sanitar normalara cavab vermədiyinə görə cərimə olunub”.


Z.Kazımovun sözlərinə görə, müvafiq dövlət proqramında nəzərdə tutulub ki, hər bir inzibati rayonun ərazisində ət kəsiminin təşkil olunması üçün paytaxtdan kənarda ayrıca torpaq sahəsi ayrılacaq və bu ərazilərdə sallaqxanaların yaradılması üçün müsbət rəy veriləcək. O qeyd edib ki, hələki bu sahədə 1-2 rayondan başqa sallaqxanaların açılması ilə bağlı müraciətlər edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2070
avatar

Oxşar yazılar