Bakıda 320 min nəfərin iştirak edəcəyi sərgi
29 aprel 2013 12:28 (UTC +04:00)

Bakıda 320 min nəfərin iştirak edəcəyi sərgi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 320 min şagirdin iştirak edəcəyi təhsil sərgisini keçirəcək. Bu barədə Lent.az-a İdarənin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə baş tutacaq sərgi “Təhsil, texnologiya və tərəqqi” adı altında “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq. Sərgi Bakının bütün təhsil müəssisələrini əhatə edəcək. Sərgi hər zaman təhsili yüksək tutan, ona xüsusi diqqət və qayğı ilə yanaşan Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Sərgi eyni zamanda son illər təhsil sahəsində görülən işlərin hesabatı xarakteri də daşıyır.

40 bölmədən ibarət olacaq sərgidə müəllim və şagirdlərin yaradıcı işləri, o cümlədən əl işləri, elektron vəsaitlər əsasında hazırlanan işlər, bir sıra fiziki və kimyəvi təcrübələr, distant və inklüziv təhsil, milli - mənəvi irs, psixoloji xidmət və digər sahələrlə bağlı işlər, stend və layihələr təqdim olunacaq.

Qeyd edək ki, aprelin 30 – da baş tutacaq sərgi BŞTİ – nin sayca üçüncü geniş miqyaslı sərgisidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 784

Oxşar yazılar