Bakı yağışdan sonra: gölməçələr şəhəri
29 mart 2016 14:38 (UTC +04:00)

Bakı yağışdan sonra: gölməçələr şəhəri

Axşam saatlarından davam edən güclü yağış paytaxtda xeyli fəsadlar törədib. APA TV-nin məlumatına görə, yağıntı miqdarının normadan çox olması, kanalizasiya xətlərinin işləməməsi küçələrdə çoxlu sayda gölməçələrin yaranmasına səbəb olub.
 
Dərnəgül şosesində su axıntılarının çökək ərazilərdə toplanması yolu nəqliyyatın hərəkəti üçün keçilməz edib.
 
Hərəkətin bərpasını təmin etmək üçün yola "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin texnikası cəlb olunub. Sular xüsusi nasoslar vasitəsilə sorularaq kanalizasiya xətlərinə axıdılıb.
 
Yağış suları Yasamal rayonunda da nəqliyyatın hərəkəti üçün ciddi problemlər yaradıb. Rayonun Bünyadzadə küçəsində diametri 10 metrə çatan böyük gölməçələr yaranıb.
 
Qeyd edək ki, sinoptiklər yağışlı hava şəraitinin sabah da davam edəcəyini proqnozlaşdırırlar. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 321
avatar

Oxşar yazılar