Bakı Türk Şəhidliyi yenidən qurulacaq
22 iyun 2013 18:08 (UTC +04:00)

Bakı Türk Şəhidliyi yenidən qurulacaq

Bakı Türk Şəhidliyində təmir-yenidənqurma işlərinin aparılması planlaşdırılır.

 

APA-nın məlumatına görə, işlərin bu il ərzində həyata keçirilməsi nəzərdə tutulur.

Təmir-yenidənqurma işləri Türkiyənin Makina və Kimya Sənayesi Qurumu (MKE) tərəfindən aparılacaq. Bu məqsədlə yaxın günlərdə MKE-nin əməkdaşları Bakıya gələcəklər.

Qeyd edək ki, Dağüstü Parkda yerləşən Türk Şəhidliyi 1918-ci ilin sentyabr ayında Bakının bolşevik-daşnak işğalından azad edilməsi zamanı şəhid olmuş 1 130 türk əsgərinin xatirəsinə MKE-nin maliyyə vəsaiti hesabına ucaldılıb. Abidə 1999-cu ildə açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1070
avatar

Oxşar yazılar