Bakı Nəqliyyat Agentliyi sərnişinlərə su paylayıb.
Qurumdan Lent.az-a verilən məlumata görə, sərnişinlərin anomal isti hava şəraitində dayanacaqlarda gözləməsini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən müxtəlif metrostansiyaların ətrafında və Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində sərnişinlərə su paylanılması təşkil edilib:
“Bir daha bəyan edirik ki, sərnişinlərimizin rahatlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi məsələlərdəndir və bunun üçün zəruri olan tədbirlər görülməkdədir”.