Yeraltı nəqliyyatda sərnişin axınının indiyə kimi görünməmiş dərəcədə sürətlə artması ilə əlaqədar Bakı Metropolitenində yeni hərəkət qrafiki tətbiq olunub.
Bu qrafikə görə, gur saatlarda xətdə çıxarılan qatarların sayı artırılıb.
«APA-Economics»in Bakı Metropoliteninə istinadən verdiyi məlumata görə, əvvəl ancaq hərəkətin axşam çağı gur saatlarda stansiyalardan hər iki istiqamətdə 30 qatar keçirdisə, indi bu rejim səhərin gur vaxtlarında da tətbiq edilir və qatarlar arasındakı interval 2 dəqiqəyə («28 May»-«Həzi Aslanov» sahəsində) çatdırılıb.
Qeyd edək ki, günün başqa vaxtlarında da xətdəki qatarların sayında artım var. Bu vaxtlar 24 əvəzinə 26 qatar cütünə hesablanmış qrafik tətbiq edilir.