Bakı-Quba yolunda yerləşən körpülərdən birində nasazlıq aşkarlanıb. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürəsliyevin Lent.az-a verdiyi məlumata görə, Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi yolunun 7-ci kilometrində yerləşən, Sumqayıt çayı üzərində salınmış körpüdə mütəxəssislər araşdırmalar aparır. Bununla yanaşı yol ötürücüsündə nəqliyyatın hərəkəti dayandırılmayıb.
Qeyd edək ki, gecə saatlarında yolda hərəkət qısa müddətə məhdudlaşdırılıb.