Bakı-Quba yolundakı körpüdə qəzalı vəziyyət aşkarlanmayıb
29 mart 2013 14:48 (UTC +04:00)

Bakı-Quba yolundakı körpüdə qəzalı vəziyyət aşkarlanmayıb

Bakı-Quba yolunda, Sumqayıt çayı üzərindəki körpüdə qəzalı vəziyyət aşkarlanmayı. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi yolunun 7-ci kilometrindəki körpünün vəziyyəti ilə bağlı mütəxəssislər araşdırma aparıb: “Məlum olub ki, körpüdə hərəkət zolaqlarının arasındakı boşluq hissəsindəki təkərqaytaranlar nəqliyyat vasitələrinin yüksək sürətlə hərəkət etməsi səbəbindən dağılıb. 4 zolaqlı yolun ortasında eni 5 sm olan bu təkərqaytaranların yerində çökmələr yaranıb. Körpünün tikintisində hər hansı qüsur yoxdur. Sabahdan avtomobillərin hərəkəti məhdudlaşdırılmadan təmir işlərinə başlanılacaq və yeni texnologiyanın tətbiqi ilə nasazlıq aradan qaldırılacaq”

 

Qeyd edək ki, Sumqayıt çayı üzərindəki bu körpü 2009-cu ildə istismara verilib. Yol ötürücüsünün uzunluğu 42 , eni isə 15,6 metrdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681
avatar

Oxşar yazılar