Bakalavrların nəzərinə: <span style="color:red;">İyulun 11-dək...
28 iyun 2018 11:31 (UTC +04:00)

Bakalavrların nəzərinə: İyulun 11-dək...

Ali təhsil müəssisələrinə qəbul olan bakalavrlar bu gündən iyulun 11-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Lent.az Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinə istinadən bildirir ki, bakalavrlar qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər barədə məlumatı qəbul olduqları təhsil müəssisəsindən əldə edə bilərlər. 

 

Qeyd olunan müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər və onlar, boş qalan yerlərin müsabiqəsində də iştirak edə bilməyəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218
avatar

Yasəmən Bağırova

Oxşar yazılar