
Azərbaycanlı unikal çalğı aləti hazırladı: 900 fərqli səs...
0
0
Mingəçevirdə yaşayan Qurban Məmmədov unikal çalğı aləti hazırlayıb.
Lent.az-ın Rusiyanın “Mir 24” telekanalına istinadən verdiyi məlumata görə, elektron qarmon adlanan bu alət 900-dən çox musiqi alətini özündə birləşdirir.
Musiqiçinin bildirdiyinə görə, bu aləti hazırlamaq onun çoxdankı arzusu olub.
Bu vasitəni hazırlamaq ona 3 ay ərzində və 2 min dollara başa gəlib.
O qeyd edib ki, bu alətin dünyada analoqu yoxdur.
0
0