Azərbaycandan İstanbula hər ay 16 min nəfər gedir
06 mart 2013 11:58 (UTC +04:00)

Azərbaycandan İstanbula hər ay 16 min nəfər gedir

Azərbaycandan Türkiyənin İstanbul şəhərinə hər ay orta hesabla 16 min insan gedir. Lent.az-ın məlumatına görə, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı statistikada bildirilir.

 

Həmin statistikaya əsasən, 2013-cü ilin ilk 2 ayı ərzində İstanbulu 1 milyon 149 min 741 əcnəbi ziyarət edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,6 faiz çoxdur. İstanbula yanvarda 532 min 726, fevralda 617 min 15 turist gedib. Türkiyədə olan əcnəbilərin 48,2 faizi bu şəhəri ziyarət edib.

 

İstanbula yanvar və fevral aylarında ən çox turist - 105 min 589 nəfər Almaniyadan yollanıb. Rusiya ikinci (82 min 736 nəfər), İngiltərə üçüncü  (49 min 197), Fransa dördüncü (45 min 289), ABŞ beşinci (43 min 865), İran altıncı (42 min 183), İtaliya yeddinci (40 min 156), Ukrayna səkkizinci (35 min 150), Liviya doqquzuncu (33 min 268), Azərbaycan isə onuncudur (31 min 994).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 834
avatar

Oxşar yazılar