Azərbaycandakı gənclərin sayı açıqlandı
21 sentyabr 2013 14:15 (UTC +04:00)

Azərbaycandakı gənclərin sayı açıqlandı

 

“Son 10 ildə gənclər siyasətinin əsas istiqamətləri həm kəmiyyət, həm də keyfiyyət baxımından təsirsiz ötüşməyib və bu dövrdə gənclərin sayı 350 min nəfər artaraq, 2 milyon 799 minə çatıb. Onlar ümumi əhalinin 30,3 faizini təşkil edirlər”. Lent.az-ın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov “Respublika” qəzetində dərc olunan məqaləsində bildirib.

 

A. Rəhimovun sözlərinə görə, gənclərin birlik və bərabərliyinin, inteqrasiyasının, fikir və təcrübə mübadiləsinin təmin edilməsi, maraqlarının, dünyagörüşünün genişləndirilməsi və sosial aktiv təbəqəyə çevrilməsi üçün fərqli layihələrin həyata keçirilməsi vacibdir: “Bu mənada "Gənclər evləri"nin, xüsusi mərkəzlərin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi mühüm əhəmiyyətli məsələyə çevrilib. Bu tikililər dövlət proqramlarında qeyd edilmiş məsələlərin, eləcə də bu sahə ilə bağlı dövlət siyasətinin əsas müddəalarının həyata keçirilməsi üçün birləşdirici məkana çevrilməkdədir. Artıq ölkənin 19 rayon və şəhərində belə müəssisələr fəaliyyət göstərir. Bu il Mingəçevir şəhərində Gənclər Evi istifadəyə verilib. Hazırda Daşkəsən rayonunda "Gənclər üçün təlim və istirahət mərkəzi"nin tikintisi davam edir və mərkəzin bu il istifadəyə verilməsi nəzərdə tutulur. "Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı"na əsasən, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Bərdə, Tovuz, Quba rayonlarında isə Gənclər evlərinin inşası aparılır. Şəki şəhəri və Şamaxı rayonunda isə yaxın zamanlarda Gənclər evlərinin tikintisinə başlanılacaq. "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən Binəqədi, Xəzər, Sabunçu, Qaradağ və Suraxanı rayonlarında Gənclər evlərinin tikintisi davam etdirilir".

 

Nazir qeyd edib ki, son 10 il ərzində gənclər sahəsində qeyri-hökumət təşkilatlarının sayı 4,6 dəfə artaraq 51-dən 230-a çatıb. Gənclərin təşəbbüslərini və ictimai fəallığını stimullaşdırmaq məqsədi ilə onların dəstəklənmiş layihələrinin sayı 2006-cı illə müqayisədə 40 dəfə (12-dən 357-dək), layihələrə ayrılmış maliyyə vəsaiti 44 dəfəyədək (175,5 min manatdan 7825 min manatadək) artıb: “Bu fəallıq təkcə Azərbaycan sərhədləri ilə hüdudlanmır. Azərbaycan gəncliyi bu gün beynəlxalq aləmdə seçilmək, dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında yer almağa iddialıdır. Son on ildə gənclərin beynəlxalq əməkdaşlığı xeyli genişlənib, ikitərəfli və çoxtərəfli əlaqələrin olduğu dövlətlərin sayı 62-yə çatıb".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1066
avatar

Oxşar yazılar