Azərbaycanda uşaqlar arasında xəstəlik yayılıb
11 noyabr 2014 13:41 (UTC +04:00)

Azərbaycanda uşaqlar arasında xəstəlik yayılıb

Son günlər havaların mülayim keçməsinə baxmayaraq, insanlar arasında, xüsusən də azyaşlı uşaqlar arasında qrip və boğaz ağrısı kimi xəstəliklər yayılıb. Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının infeksionist-həkimi, dosent Samir Cavadov bildirib ki, bu hal hər il təkrarlanır. “Bu, immunitet zəifləməsi ilə, eyni zamanda qripdən kənar digər viral infeksiyalarla bağlı ola bilər”.

 

Dosent qeyd edib ki, kəskin resperator xəstəlik daha çox uşaqlarda müşahidə olunur. 

 

S. Cavadovun sözlərinə görə, fəsil dəyişkənliyi həm immunitetdə dəyişikliyə səbəb olur, həm də soyuqdəymə ilə əlaqədar kəskin resperator virusu aktivləşir.

 

Həkim bu cür xəstəliklərdən qorunmaqla bağlı əhaliyə məsləhət də verib: “Son günlər havaların nisbətən istiləşməsinə arxayın olmaq lazım deyil. Valideynlər uşaqları gündəlik vitaminlə təmin etməlidirlər. Yəni uşaqlara meyvələr və ya vitamin əlavələri verilməlidir”.

 

S. Cavadov vurğulayıb ki, uşaqlarla yanaşı, vitaminlərdən böyüklər də istifadə etməlidirlər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1902

Oxşar yazılar