İstirahət günləri hava necə olacaq? - <span style="color:red;">PROQNOZ
12 iyul 2019 18:26 (UTC +04:00)

İstirahət günləri hava necə olacaq? - PROQNOZ

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) istirahət günləri səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
 
Nazirlikdən Lent.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda yaxın iki gündə arabir yağışlı hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək.
 
Lənkəran-Astara bölgəsində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun 13-də arabir yağış yağacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.
 
Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun 13-də gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.
 
Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək. 
 
“Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, yaxın iki gündə küləkli hava şəraiti müşahidə olunacaq, əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 27-31 dərəcə isti təşkil edəcək”, - Nazirliyin məlumatında bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3638
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar