Azərbaycanda ilk dəfə sümük iliyi transplantasiya olundu - YENİLƏNİB
18 iyul 2014 15:04 (UTC +04:00)

Azərbaycanda ilk dəfə sümük iliyi transplantasiya olundu - YENİLƏNİB

Azərbaycanın təbabət tarixində ilk dəfə bu ilin mayında Respublika Talassemiya Mərkəzində qohum donorlardan götürülən sümük iliyinin 3 xəstəyə köçürülməsi əməliyyatı icra olunub. Lent.az-ın məlumatına görə, artıq azərbaycanlı həkimlər Belarusdan gələn mütəxəssislərlə birgə 3 xəstəyə sümük iliyi köçürüblər. Bu, Azərbaycan səhiyyəsi üçün böyük uğurdur. Həm sümük iliyinin transplantasiyası əməliyyatı, həm də əməliyyatdan sonra xəstənin vəziyyətdən çıxarılması üçün tələb olunan vəsait Azərbaycan dövləti tərəfindən ödənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1598

Oxşar yazılar