Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Azərbaycanda ilk dəfə olaraq qaraciyər xəstəsinə kök hüceyrə transplantasiyası əməliyyatı həyata keçirilib.
ATU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Tədris Cərrahiyyə Klinikasının I Cərrahi Xəstəliklər kafedrasının müdiri professor Nuru Bayramovun rəhbərliyi altında böyük bir heyətlə keçirilən əməliyyat zamanı xəstənin sümük iliyindən əldə edilən mezenximal kök hüceyrələri intraarterial yolla qaraciyərə trans edilib.