Azərbaycanda andlılar məhkəməsi olmayacaq - YENİLƏNİB
20 iyun 2014 15:45 (UTC +04:00)

Azərbaycanda andlılar məhkəməsi olmayacaq - YENİLƏNİB

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Baş Prokurorluq və Ali Məhkəmə tərəfindən parlamentə təqdim olunmuş “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişikliklər müzakirəyə çıxarılıb. Lent.az-ın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

 

O qeyd edib ki, hər iki sənəd Məhkəmə-Hüquq Şurasında da ciddi müzakirə olunub. Ə. Hüseynli bildirib ki, “Məhkəmələr və hakimlər haqqında” qanunda nəzərdə tutulan andlı iclasçılar institutu ölkəmizdə məhkəmə-hüquq islahatları başa çatdıqdan sonra qüvvəyə minməli idi, lakin Baş Prokurorluq tərəfindən bir sıra ölkələrin bu sahədəki təcrübəsi öyrənilib və məlum olub ki, andlı iclasçılar institutu gözlənilən səmərəni vermir: “Belə ki, məhkəmədə işlərə andlı iclasçılar baxdığı zaman onların çıxardığı verdiktin qəbulunda hakim iştirak etmir. Bu isə təqsirliliyin müəyyənləşdirilməsində kifayət qədər əsaslı olmayan qərarların qəbuluna səbəb ola bilir. Çünki əsasən hüquq təhsili olmayan şəxslərdən ibarət olan andlı iclasçılar bəzən hüquqi mühakimə yürüdə bilmir. Bu fakt isə cinayət qanunvericiliyi prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bütün bunları nəzərə alaraq Baş Prokurorluq “Məhkəmələr və hakimlər haqqında” qanunda andlı iclasçılar institutunun ləğv edilməsini məqsədəuyğun sayır”.

 

Müzakirələr zamanı bir qism deputatlar bu institutun saxlanılmasının tərəfdarı olsa da səs vermə zamanı əksəriyyət ləğvinin tərəfdarı olub. Beləliklə təklif qəbul olunub və Azərbaycanda andlılar məhkəməsi yaradılmasından imtina edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1607

Oxşar yazılar