
Azərbaycanda 1 yaşadək uşaqların ÖLÜM SƏBƏBLƏRİ açıqlandı
Azərbaycanda 1 yaşadək olan uşaqların sayı açıqlanıb.
Lent.az Trend-ə istinadən bildirir ki, 2018-ci ildə Azərbaycanda 1 yaşadək 1547 uşaq dünyasını dəyişib. 2017-cı ildə ölkədə 1700, 2016-cı ildə 1666 uşaq, 2015-ci ildə isə 2033 nəfər 1 yaşadək uşaq dünyasını dəyişib.
1 yaşadək uşaqların ölümünün ilk səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Ötən il bu hallardan 1001 (2017-ci ildə 1028, 2016-cı ildə 1090 uşaq) körpə dünyasını dəyişib.
Körpə ölümlərinin səbəbləri arasında sonrakı yerləri tənəffüs sistemi xəstəlikləri tutur. Bu səbəbdən ötən il 140 (2017-ci ildə 235, 2016-cı ildə 173 körpə) uşaq ölüb.
Ötən il anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından 147 (2017-ci ildə 155, 2016-cı ildə 151 körpə), travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 12 (2017-ci ildə 12, 2016-cı ildə 7) körpə dünyasını dəyişib.
Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20