Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi yaxın günlərdə Azərbaycan Hökuməti adından Cibuti Respublikasına humanitar yardım göndərəcək.
Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ünvana çatdırılacaq humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işlərinə başlanılıb.