Azərbaycan əhalisi nə qədərdir? - SAY
10 iyul 2013 13:11 (UTC +04:00)

Azərbaycan əhalisi nə qədərdir? - SAY

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 55,3 min nəfər və ya 0,6% artaraq 2013-cü il iyul ayının 1-i vəziyyətinə 9 411,8 min nəfərə çatıb.


 

APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

 

Məlumata əsasən, əhalinin sıxlığı bir kvadrat kilometrə 109 nəfər olub. Əhalinin 53,1%-i şəhər, 46,9%-i kənd yerlərində yaşayır, 49,7%-i kişilərdən, 50,3%-i qadınlardan ibarətdir. Əhalinin 22,3%-i 0-14 yaşda, 71,9%-i 15-64 yaşda, 5,8%-i isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1 000 kişiyə 1 013 qadın düşür.


Bu ilin birinci yarısında ölkədə 83,1 min, yaxud hər gün orta hesabla 459 körpə doğulub, əhalinin hər 1 000 nəfərinə hesabı ilə doğum səviyyəsi 18,1 olub. Doğulanların 53,6%-i oğlanlar, 46,4%-i qızlardır. Körpələrin 876-sı əkiz, 15-i isə üçəm doğulub. Doğulan körpələr üçün 73,9 yaş, o cümlədən oğlanlar üçün 71,3 yaş, qızlar üçün 76,6 yaş ömür uzunluğu gözlənilir.


Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,3 doğulmuş uşaq düşür və bu da ölkə üzrə əhalinin təkrar istehsalını təmin edir.


İlin əvvəlindən ölkədə 28,8 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə ölüm eyni səviyyədə (6,2) qalaraq dəyişməyib. 


Yanvar-iyun aylarında ölkədə 37,9 min nikah və 5,7 min boşanma halı qeydə alınıb və 2012-ci ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1 000 nəfərinə hesabı ilə nikahların sayı 7,4-dən 8,2-yə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,2) qalıb.

 

Bu ilin altı ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 1,1 min nəfər gəlib və 0,1 min nəfər ölkədən gedib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2299
avatar

Oxşar yazılar