Azərbaycan alimləri kənd təsərrüfatı məhsullarının keyfiyyətini artıracaq yeni mühüm nəticə əldə ediblər. Lent.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA prezidenti Akif Əlizadə bildirib ki, ölkə kimyaçıları son onilliklər ərzində xarici alimlər tərəfindən “Nağıyev effekti” adlandırılan molekulyar azotun hidrogen peroksidlə oksid diazota fiksasiyası istiqamətində əhəmiyyətli tədqiqatlar aparılıb və müsbət nəticələr əldə edilib. O qeyd edib ki, bu tədqiqatlar Azərbaycan elmi üçün bir uğurdur.
Sonra AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev əldə olunan nəticələr barədə elmi məruzə ilə çıxış edib. O deyib ki, azot sənayesi müasir kimya sənayesinin aparıcı sahələrindədir. Kənd təsərrüfatının azot gübrələri, sənayesinin isə müxtəlif azottərkibli maddələrlə təmin olunması bu sahənin gələcək inkişafından asılıdır. Akademik əldə olunmuş nəticələrin istehsal sahələrində, həmçinin kimya sənayesində innovativ proses kimi tətbiqinin mümkünlüyünü qeyd edib: “Azotun fiksasiyası xüsusilə kənd təsərrüfatı məhsullarının keyfiyyətinin artırılması üçün faydalıdır. Azotun oksidləşməsi fiksasiyası istiqaməti xeyli zəif tədqiq olunur”.
Azərbaycan alimləri yeni elmi nəticə əldə ediblər
1335